Daxili Audit üzrə müfəttiş
Son tarix 28 fev 2022 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
-
Bankın fəaliyyəti üzrə daxili nəzarət sistemlərinin mövcudluğu, effektivliyinin və adekvatlığının qiymətləndirilməsi
-
Audit olunan strukturlar və biznes proseslər üzrə risk təhlilinin həyata keçirilməsi
-
Audit olunan strukturlar və biznes proseslər üzrə fəaliyyətinin mövcud daxili qaydalara və bank qanunvericiliyinə müvafiqliyinin qiymətləndirilməsi
-
Audit olunan strukturlar və biznes proseslər üzrə fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi
-
Audit nəticələri və aparılmış təhlillərə dair hesabatların tərtib edilməsi
-
Audit fəaliyyəti ilə bağlı qanunvericilik və beynalxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi
Tələblər:
-
Ali iqtisadi təhsil
-
Azərbaycan , rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək
-
MS Office proqramlarında sərbəst işləmək bacarığı (SQL biliyi arzuolunandır)
-
Audit üzrə yerli və beynəlxalq qanunvericilik, beynəlxalq audit standratları üzrə biliklərə malik olmaq
-
Əlavə İT biliklərinə (SQL, VBA və s.) malik namizədlərə üstünlük veriləcək.
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində Daxili Audit üzrə müfəttiş qeyd etməklə mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.