Vəzifə: Problemli Kreditlər üzrə ekspert (Sumqayıt filialı)
Əsas vəzifə və öhdəliklər
- Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür.
- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.
Seçim meyarları
- Ali təhsil
- Kredit təhlili sahəsində təcrübə (mikrokredit təcrübəsi üstünlükdür)
- Səlis nitq qabiliyyəti
- İnandırma qabiliyyəti və məqsədyönlülük
- Azərbaycan dili biliyi - əla;
- MS Office proqramlarında işləmək bacarığı
İş şərtləri
- İş yeri: Sumqayıt filialı
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Problemli kreditlər - Sumqayıt qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.