Azericard
Kiber təhlükəsizlik üzrə administrator
Son tarix 05 sen 2025 - Müraciət et
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Kiber təhlükəsizlik üzrə administrator
Vəzifə öhdəlikləri:
- NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
- İKT infrastrukturunun qəza və xətalardan bərpa proseslərinə rəhbərlik edərək davamlılığı təmin etmək;
- Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
- İnformasiya təhlükəsizlik siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;
- Audit prosesləri çərçivəsi və uyğunluq yoxlamalarında iştirak və texniki dəstək göstərmək;
- Sistem girişinə nəzarət etmək və informasiya təhlükəsizliyi alətlərindən istifadə etməklə sistemin bütövlüyünü qorumaq;
- Təhlükəsizlik alətlərindən gələn “alert”-lara cavab vermək və riskləri vaxtında aradan qaldırmaq;
- Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC) komandası ilə əməkdaşlıq edərək insidentlərə cavab vermək, potensial təhdidləri müəyyənləşdirmək və onların həllini koordinasiya etmək;
- SOC çərçivəsində müştərilərə texniki konsultasiyalar verərək təhlükəsizlik mövqeyinin optimallaşdırılması üçün tövsiyələr vermək.
Vəzifəyə olan tələblər:
- Kibertəhlükəsizlik üzrə ali təhsilin olması;
- Kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;
- E-mail security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. DLP, EPP/EDR, SIEM, SOAR) ilə iş təcrübəsi;
- Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;
- Şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.
- Güclü analitik düşüncə və insidentlərin səbəbini təyin etmək qabiliyyəti;
- Komanda ilə effektiv işləmək və mürəkkəb vəziyyətlərdə operativ qərar vermə bacarığı;
- Müstəqil işləmək və prirotetlərə uyğun tapşırıqları icra etmə bacarığı;
Üstünlüklər:
- Kibertəhlükəsizlik üzrə sertifikatların mövcudluğu (CEH, CISSP, CCNA Security, PCNSA/PCNSE və s.);
- SOC mühitində və insidentlərin idarəedilməsində təcrübə.
Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.