Azericard
Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə mütəxəssis (İT yönümlü)
Son tarix 21 dek 2022 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə mövcud və potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
- Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
- Biznes proseslərinin İT və əməliyyat risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
- İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
- Dəyişikliyin idarə olunması prosesində iştirak;
- Biznes prosesləri üzrə İT və əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanması;
- Müəssisədə risklərin idarə edilməsi proqramının İT risk komponentinin icra edilməsi;
- Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
- Keyfiyyətə Nəzarət Planının icrasına nəzarət;
- İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması.
Tələblər:
- İş təcrübəsi: Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət İT risklərinin idarə edilməsi, İT təhlükəsizlik və ya İT sahəsi üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
- Təhsil: ali təhsil (iqtisadi, informasiya texnologiyaları və ya tətbiqi riyaziyyat ixtisası üzrə);
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili mütləqdir, İngilis dili arzuolunandır;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Beynəlxalq standartları və qabaqcıl təcrübələri (PCI, ISO, NIST, Cobit, ITIL) həyata keçirmək üçün biliklər;
- Üstünlüklər: İT risk, audit və ya daxili nəzarət sahələrində təcrübə və sertifikatlara üstünlük verilir;
- Komputer və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servisəlrini anlamaq
- Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər.
Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.