“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Vakansiyanın adı: Sosial media üzrə mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Rəqəmsal və sosial media platformaları üçün kreativ kontent (mətn, foto, video, gif) yaratmaq;
• Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi;
• Sosial media təqvimi planlaşdırmaq,hazırlamaq və tədbirlərin mövzusuna, vaxtına uyğun effektiv qrafik qurmaq;
• Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
• Korporativ standartlar əsas götürülməklə müştərilərin və izləyicilərin sosial mediadakı sorğularının cavablandırmaq;
• Şirkətin sosial şəbəkə hesablarının aylıq nəticələri haqqında hesabatların hazırlanması;
• Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Qrafik dizayn qabiliyyəti; (Adobe İllustrator, Adobe Photoshop, Corel Draw proqramlarından ən az birini peşəkar səviyədə bilməli)
• Zövqlü və yaradıcı yanaşma qabiliyyəti;
• Video-animasiya işlərini bacarmaq üstünlükdür;
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır.), Adobe İllustrator, Adobe Photoshop, Corel Draw və digər proqramlar
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil;
• Sosial media mütəxəssis vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.