AzerGold CJSC
Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsində aparıcı mütəxəssis
Son tarix 23 iyl 2022 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq aidiyyatı üzrə təqdim etmək;
- Şirkətin strateji biznes planlaşdırılması prosesində iştirak etmək;
- Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izlənmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
- Sahə üzrə strateji araşdırmaların aparılmasının təmin edilməsində iştirak etmək;
- Sahənin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılması, tərəfdaşların tapılmasının təmin edilməsində iştirak etmək;
- Qiymətli və nəcib metalların dünya bazarındakı qiymətinin və digər önəmli xəbərlərin təhlil edilməsində iştirak etmək;
- Şirkətin fəaliyyətinin iqtisadi səmərəliliyinin təhlil edilməsi və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsində iştirak etmək;
- Cəmiyyətin qısa, orta və uzunmüddətli məqsədlərinin planlaşdırılmasında və bu məqsədlərə çatmaq üçün görüləcək işlərin təhlil edilməsində iştirak etmək;
- Xarici şirkətlərlə biznes əməkdaşlıqlarının qurulmasında və inkişafında iştirak etmək;
- Aidiyyatı üzrə yeni investisiya layihələri üzrə aparılacaq təhlillərdə iştirak etmək;
- Yeni biznes imkanlarına dair təhlillərin aparılması və təkliflərin hazırlanmasında iştirak etmək;
- Yataqların istismarı istiqamətində dünya praktikası və mövcud vəziyyəti nəzərə alaraq alternativ biznes modellərinin dəyərləndirilməsində və müvafiq təkliflərin verilməsində iştirak etmək;
- Aidiyyatı üzrə layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
- Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və digər proqramlar
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Torpaq işləri və yerin təkindən istifadə sektorunda baş mütəxəssis
Son tarix 23 iyl 2022 - - Müraciət et
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan milli qanunvericiliyi (xüsusilə yerin təkindən istifadə, mədənçilik, torpaq qanunvericiliyi) üzrə ümumi biliklərə malik olmalı;
- Torpaqların təyinatının dəyişdirilməsi, torpaqların dövlət ehtiyacı üçün alınması sahəsində müvafiq təcrübəyə malik olmalı;
- Torpaqların alqı-satqısı, icarəyə və ya istifadə verilməsi, həmçinin torpaq sahəsi üzərində bu hüquqların dövlət qeydiyyatına alınması sahəsində müvafiq təcrübəyə malik olmalı;
- Yerin təkindən istifadə üzrə (geoloji və geoekoloji öyrənmə, geoloji və dağ-mədən ayırma, faydalı qazıntıların çıxarılması və s.) müvafiq razılıq və icazələrin alınması sahəsində təcrübəyə malik olmalı;
- Yerin təkində və onun müvafiq sahələrinin səthində fəza-həndəsi ölçmələrin (markşeyder planalması) aparılması bacarığına malik olmalı;
- Qlobal Mövqeləndirmə Sistemi (GPS) ilə işləmə bacarığı olmalı;
- Coğrafi İnformasiya Sistemi (GİS) – coğrafi məlumatları özündə cəmləşdirən verilənlər bazasının yaradılması sahəsində bacarığa malik olmalı;
- Yüksək induktiv və analitik təhlil etmə bacarığına malik olmalı;
- İş prosesində dəqiqlik və detallara fikirvermə qabiliyyətinə malik olmalıdır;;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- Operativlik, gərgin iş rejimində işləmək, problemləri həll etmə, qərarvermə və təşkilatçılıq bacarığı;
- Komanda da işləmək bacarığı, şəxsi və peşəkar inkişafa meyillilik;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis və rus dilləri arzuolunandır;
- Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil;
- Müvafiq sahəyə uyğun sertifikatların olması arzuolunandır;
- Minumum 2 il müvafiq sahədə iş təcrübəsi;
Təmir - tikinti və energetika şöbəsində elektromexanik
Son tarix 23 iyl 2022 - Müraciət et
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Xüsusilə generator və idarəetmə panellərinə xidmət göstərmək;
- Servis işlərini həyata keçirtmək;
- Aidiyyəti üzrə əməliyyat prosesinə nəzarət etmək;
- Avadanlıq və ona bağlanmış aqreqat sxemlərinə, texnoloji prosesin avtomatik tənzimlənməsinə nəzarət edilməsində iştirak etmək;
- Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularının yoxlanılması və qüsurların aradan qaldırılmasını təmin edilməsində iştirak etmək;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Orta ixtisas/ilk peşə təhsilinin olması arzuolunandır.
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Təmir - tikinti və energetika şöbəsində avtomatika üzrə elektrik
Son tarix 23 iyl 2022 - Müraciət et
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
- İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyala-rında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təmin etmək;
- Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
- Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinə təşkil etmək;
- İşəburaxma avadanlıqları və onların inteqallarının iş pirinsipi;
- Maqnit işəburaxıcılar, aralıq releləri,gərginlik, cərəyan və zaman relelərinin quruluşu və iş pirinsipi;
- Prinsipal elektrik sxemlərinin oxunması,qüsurlarının aşkarlanması və aradan qaldırılması;
- Texnoloji proseslərin idarə olunmasında istifadə olunan elektromaqnit klapanlar,elektromaqnit muftalar və digər elektromaqnit qurğuların quruluşunu və iş pirinsiplərini bilməlidirlər;
- Müasir idarəetmə qurğuları üzərindən əməliyyatların (kontrollar,PLC və.s) icra olunması;
- Transformatorların quruluşu,iş pirinsipini bilməlidirlər;
- Elektromexanika idarəetmə cihazlarının tərkibi,detalları (diodlar,tristorlar,tranzistorlar və.s) barədə məlumatlı olmalıdırlar;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Orta ixtisas/ilk peşə təhsilinin olması arzuolunandır.
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Təmir - tikinti və energetika şöbəsində elektrik
Son tarix 23 iyl 2022 - Müraciət et
Tələb olunan bilik, bacarıq və səriştələr:
- İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasında iştirak etmək;
- İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyala-rında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək;
- Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
- Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq;
- Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək;
- Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək;
- Şəbəkənin və elektrik avadanlıqlara olan xidməti təhlükəsiz yerinə etmək;
- Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinin təşkil edilməsində iştirak etmək;
- Elektrik mühəndisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Orta ixtisas/ilk peşə təhsilinin olması arzuolunandır
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsidə ekoloq
Son tarix 23 iyl 2022 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi;
- Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
- Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması;
- Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
- Tullantıların idarə olunması;
- Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- İstehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericiliyə və beynəlxalq standartların tələbinə əsasən idarə olunması qaydalarını bilməli;.
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (müvafiq sahə üzrə);
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsində baş mütəxəssis
Son tarix 23 iyl 2022 - - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
- Layihə planlama işlərinin həyata keçirilməsi;
- Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
- Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
- Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
- Maliyyə modellərinin hazırlanması və təhlili;
- Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
- Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
- PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.