Banner

Vakansiyalar

"AzerGold" CJSC işçi axtarır - VAKANSİYA

"AzerGold" CJSC işçi axtarır - VAKANSİYA | FED.az
20:39 11 Yan 2021

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Layihələrin idarəolunması sektoru, baş mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi;
• Layihə planlama işlərinin həyata keçirilməsi;
• Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi;
• Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi;
• Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
• Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
• Maliyyə modellərinin hazırlanması və təhlili;
• Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
• Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
• PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması arzu olunandır;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Digər xəbərlər