Azercell
B2B Məhsul və Həllərin İdarə Edilməsi şöbəsinin Mütəxəssisi
Son tarix 16 sen 2023 - Müraciət et
Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
- Davamlı karyera inkişafı imkanları;
- Təlim və fərdi inkişaf proqramları;
- Rəqabətli əmək haqqı;
- Bonus ödənişi;
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil);
- Korporativ telefon və nömrə ilə təmin olunma;
- Limitsiz Azeronline Internet Paketi;
- Əlavə güzəşt və endirimlər.
İş Cədvəli: Bazar Ertəsi- Cümə, 09:00 - 18:00. Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri-iş günləridir
İş yeri: Azercell, Port Baku
Tələb olunan Təcrübə, Bilik və Bacarıqlar:
- Biznes/Marketinq/Strategiya/Maliyyə və oxşar sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
- Korporativ sahədə 1-3 illik iş təcrübəsi. * Telekom sahəsi üzrə təcrübəyə üstünlük verilir;
- Telekommunikasiya sektorunda layihənin idarə edilməsində təcrübə arzuolunandır
- PMP və ya digər müvafiq sertifikat sahiblərinə üstünlük verilir.
- Güclü analitik və problem həll etmə bacarığı
- Statistik analiz proqramları, vasitələrindən istifadə etmək təcrübəsi;
- Təsdiqlənmiş texniki bacarıq və İT və Telco sahəsində ən son trendlər haqqında bilik;
- MS Excel, MS PowerPoint, MS Word və onların təkmilləşdirilmiş funksiyaları haqqında biliklər;
- Azərbaycan, İngilis və Rus dillərində yazılı və şifahi dil bilikləri;
Arzu olunan Bacarıqlar:
- Biznes təfəkkürü (biznesdən ümumi anlayış, marketinq bilikləri);
- Rəhbərlik Səriştəsi;
- Təqdimat/ictimaiyyət qarşısında çıxış etmək bacarığı/emosional intellekt səviyyələri;
- Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarığı;
- Təşəbbüskar, məsuliyyətli, “edə bilərəm” münasibəti göstərən, diqqətli, komandada işləməyi bacaran, yenilikləri öyrənə bilən;
- Vaxtın düzgün idarə edilməsi və iş tapşırıqlarının prioritetləşdirilməsi bacarığı;
Məhsul və Həllərin İdarə Edilməsi və Biznes Strategiyası:
- Məhsul və Həllərin İdarə edilməsini təmin etmək;
- Məhsulun konsepsiyasının təyin edib, məhsul yaradılması və inkişaf etdirmə zamanında texniki və digər komandalar ilə sıx əməkdaşlıq etmək
- Telekommunikasiya sektorunda yaranan tendensiyaları və müştəri ehtiyaclarını müəyyən etmək üçün bazar araşdırmasını aparmaq
- Şirkətin hədəf və bazar tələbləri ilə uyğunlaşdırılmış dayanıqlı məhsul xəritəsini hazırlamaq
- Bazara çıxarılma ssenarisini inkişaf etdirmək və məhsul və xidmətlərə dair qiymətləri müəyyən etmək;
- Yeni məhsulun satışa effektiv çıxarılması üçün bazara çıxış strategiyaları hazırlamaq və bunun üçün marketinq və satış qrupları ilə sıx əməkdaşlıq etmək
- Xidmət təminatçıları və 3-cü tərəflərlə münasibətdə Müqavilə, NDA (Məxfilik Müqaviləsi), daxili Sifariş və Sazişlərə Əlavələri təmin etmək;
- Şöbənin strategiyasının inkişafı və həyata keçirilməsi üzrə dəstək göstərmək
Biznes Təhlili:
- Məhsul, Xidmət və Həllərə dair təhlillər həyata keçirmək;
- Məhsulun istehlak dövrünə əsaslanaraq təkliflərin texniki-iqtisadi təhlilini aparmaq
- Şöbə, departament və şirkət daxilində təyin edilmiş hədəf və məqsədlərə nail olmaq üçün işin koordinasiyasını təşkil etmək
- Bazar araşdırması aparmaq və rəqib şirkətləri təhlil etmək
- Müştəri Təcrübəsi və NPS (müştəri loyallığı indeksi) nəticələrini təhlil etmək
- Məhsul, Xidmət və Həlli yolların təhlilini həyata keçirmək
- Məhsul və xidmətlərlə bağlı 3-cü tərəflərlə əməkdaşlıq etmək
Aksiyaların idarə edilməsi:
- Müştəriləri əldə saxlamaq və yeni müştərilər qazanmaq məqsədilə aksiyalar təqdim etmək, inkişaf etdirmək, həyata keçirmək və təkrar etmək.
Müştəri Təcrübəsinin İdarə Edilməsi:
- Məhsul və həllər ilə bağlı daxili və xarici müştərilərin sorğu və şikayətlərini toplamaq və müvafiq dəyişiklikləri həyata keçirmək
- Müştərilərin biznes tələblərini dərk etmək və cəlbedici təkliflər hazırlamaq.
İşə qəbul prosesi:
- CV-lərin təhlil edilməsi
- İxtisas üzrə müvafiq yazılı tapşırıqlar/testlər
- Yetkinliklərə əsaslanan (HR) / Texniki Bacarıqlar Müsahibəsi
Son müraciət tarixi: 15 Sentyabr 2023-cü il
B2B/ Xüsusi Əhəmiyyətli Şirkətlərə Satış üzrə Koordinator
Son tarix 11 sen 2023 Müraciət et
Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
- Davamlı karyera inkişafı imkanları;
- Təlim və fərdi inkişaf proqramları;
- Rəqabətli əmək haqqı;
- Bonus ödənişi;
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil);
- Korporativ telefon və nömrə ilə təmin olunma;
- Limitsiz Azeronline Internet Paketi;
- Əlavə güzəşt və endirimlər.
Bu komanda daxilində siz müxtəlif şirkətlərlə əməkdaşlıq edəcək, şirkətimizi və məhsullarımızı korporativ müştərilərə təqdim edəcək və satışla bağlı danışıqlarda iştirak edəcəksiniz.
İş yeri: Port Baku
Korporativ seqment üzrə şirkət satışlarının artırılması üçün əsas vəzifə öhdəliklərinə aşağıdakılar daxildir:
- Yeni korporativ müştərilər əldə etmək və onlarla birbaşa əlaqə qurmaq;
- Mövcud xidmətləri,təklifləri,məhsulları və həlləri korporativ müştərilərə təqdim etmək;
- Şirkətlərin borclarının azaldılmasını təmin etmək;
- Müştəri seqmentləri üzrə kontakt strategiyasının idarə edilməsi;
- Biznes,Satış və Gəlir təhlillərinin aparılması;
- Şirkətlər haqqında ətraflı məlumat toplanması, yoxlanması və nəzarət edilməsi.
Tələb olunan Bacarıq və Təcrübə:
- Ali Təhsil;
- Satış sahəsi üzrə minimum 2 il təcrübə;
- Sürücülük vəsiqəsi (B kateqoriyası).
- Dil bilikləri: Azərbaycan, rus dili - səlis, ingilis dili - yuxarı səviyyədə.
- Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Telekommunikasiya sahəsi daxilində yüksək səviyyəli əlaqələr və şəbəkələr qurmaq və qoruyub saxlamaq;
- Yüksək Təqdimat bacarıqları;
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
- Müştəriyə Yönümlülük.
Arzu olunan Bacarıqlar:
- Komandada işləmək bacarıqları;
- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması;
- Nəzarət etmək qabiliyyəti;
- Qərarvermə qabiliyyəti;
- İşləri yüksək səviyyədə icra etmək bacarığı;
- Yekun nəticəyə yönəlmə bacarığı;
- Yüksək qavrama və analitik təhlil bacarıqları.
Son müraciət tarixi: 10 Sentyabr 2023-cü il