Azercell
İri və Orta Bizneslərə Satış şöbəsinin satış koordinatoru
Son tarix 07 avq 2024 - Müraciət et
Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
- Davamlı karyera inkişafı imkanları;
- Təlim və fərdi inkişaf proqramları;
- Rəqabətli əmək haqqı;
- Bonus ödənişi;
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil);
- Korporativ telefon və nömrə ilə təmin olunma;
- Limitsiz Azeronline Internet Paketi;
- Əlavə güzəşt və endirimlər.
İş qrafiki:
- Bazar ertəsi - Cümə, 09:00 - 18:00.
- Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir
İş yeri:
- “Azercell Telekom“ MMC, Port Baku
Əsas Öhdəliklər:
- Yeni və mövcud şirkətlərə B2B təkliflərinin, məhsulların və həllərin satışı;
- İri, Orta və Kiçik Miqyaslı şirkətlərin saxlanması və əldə olunması;
- İri, Orta və Kiçik Miqyaslı şirkətlərlə əməkdaşlıq imkanlarınını müəyyən edilməsi;
- Satış kanallarının genişləndirilməsi;
- Mövcud şirkətlərin böyüdülməsi, yeni əməkdaşlıq sahələrin təyin edilməsi və yeni satış imkanlarının müəyyən edilməsi;
- Müştəri münasibətlərinin və yaşam dövrünün idarə edilməsi;
- Xidmətlər, məhsullar və həllər üzrə gəlir səviyyəsinin artırılması və qorunması;
- Biznes seqmentləri üzrə kontakt strategiyasının idarə edilməsi;
- İri, Orta və Kiçik Miqyaslı şirkətlərə aid biznes təhlillərinin aparılması;
- Günlük/Həftəlik/Ayliq fəaliyyətlətlərin xüsusi raportlar vasitəsi ilə təqibi və nəzarəti;
- Müştərinin biznes tələblərinə uyğun olaraq cəlbedici təkliflərin təqdim olunması;
- Bütün işləri prosedur və təlimatlara uyğun yerinə yetirmək;
- Rüblük və illik planların icrası, o cümlədən rüblük ƏPG-ə çatmağı təmin etmək;
- Korporativ məlumatların konfidensiallığını qorumaq;
- Daxili müştəri tələblərinə cavab vermək.
Tələb olunan bacarıq və təcrübə:
- Biznes/Maliyyə/Marketinq və ya oxşar sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
- Korporativ satış sahəsində 3-5 illik iş təcrübəsi (telekom üzrə təcrübəyə üstünlük verilir);
- Korporativ müştərilərlə işləmək təcrübəsi;
- Biznes təfəkkürü (biznesdən ümumi anlayış, satışla bağlı biliklər);
- lİderlik və idarəçilik bacarığları;
- İctimaiyyət qarşısında çıxış etmək bacarığı;
- Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarığı;
- Analitik bacarıq;
- Vaxtın düzgün idarə edilməsi və iş tapşırıqlarının prioritetləşdirilməsi bacarığı;
Aşağıdakılar üzrə bilik: - MS Word, Excel, PowerPoint;
- Statistik analiz proqramları, vasitələrindən istifadə etmək təcrübəsi.
Dil bilikləri: - Azərbaycan və Rus dillərində əla yazılı və şifahi dil bilikləri, ingilis dili - yaxşı səviyyədə.
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi;
- Yetkinliklər/bacarıqların yoxlanmasına dair müsahibə.
5th August 2024 12:00 AM