Azercell
İnzibatçı (Ştatdankənar)
Son tarix 08 okt 2023 - Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
- Davamlı karyera inkişafı imkanları;
- Təlim və fərdi inkişaf proqramları;
- Rəqabətli əmək haqqı;
- Bonus ödənişi;
- Korporativ telefon və nömrə ilə təmin olunma;
- Limitsiz Azeronline Internet Paketi;
- Əlavə güzəşt və endirimlər.
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Təhsil: Ali Təhsil
- Xərc və Tələb Analizi təcrübəsi (Büdcələşdirmə) - üstünlük verilir;
- Təchizat zəncirinin idarə edilməsində təcrübə - üstünlük verili;
- Çox saylı tapşırıqların idarə edilməsi, vaxtın idarə edilməsi üzrə mükəmməl bacarıqlar;
- Təchizatçılarla yüksək səviyyəli əlaqələr və şəbəkələr qurmaq və saxlamaq bacarığına üstünlük verilir;
- Azərbaycan və rus dillərində səlis, ingilis dili - orta səviyyədən yuxarı (üstünlük verilir).
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi;
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair müsahibə.
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Son müraciət: 18 Sentyabr 2023-cü il