Azercell
Korporativ Hüquq / Kiçik Hüquqşünas
Son tarix 23 avq 2023 Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
- Davamlı karyera inkişafı imkanları;
- Təlim və fərdi inkişaf proqramları;
- Rəqabətli əmək haqqı;
- Bonus ödənişi;
- Korporativ telefon və nömrə ilə təmin olunma;
- Limitsiz Azeronline Internet Paketi;
- Əlavə güzəşt və endirimlər.
İş Cədvəli: Bazar Ertəsi- Cümə, 09:00 - 18:00. Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri-iş günləridir.
Əsas öhdəliklər:
- Müraciət və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasına hüquqi dəstək verilməsi, hüquqi əhəmiyyətli yazışmaların icrası;
- Hər növ müqavilələrin / onlara əlavələrin qanunvericiliyə uyğun tərtibi. SAP və iş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və s. dair müvafiq qeydiyyatın aparılması;
- “Bad Debt Controlling System”də işlərin göndərilməsi, işlərin mütəmadi olaraq izlənilməsi və hesabatlar hazırlanması;
- “Vahid məhkəmə portalı”nda şəxsi kabinet vasitəsi ilə işlərin mütəmadi olaraq izlənilməsi;
- Borc tələbləri üzrə icra məmurları ilə yazışmaların aparılması;
- Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Təhsil: Ali Təhsil (Hüquq fakultəsi, Hüquqşünas);
- Təcrübə: Korporativ (kommersiya) hüquq sahəsində ən az 1 il\ 6 (altı) ay iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; rus dili biliyi - üstünlükdür.
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- MS Office kompüter proqramlaından sərbəst istifadə etmək bacarığı.
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi;
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair müsahibə.
Son müraciət tarixi: 22 Avqust 2023-cü il
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.