Azercell
İT / Biznesə Dəstək Sistemləri Mühəndisi
Son tarix 21 avq 2023 Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsinə qatılmağa dəvət edirik:
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Hibrid iş rejimi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Təlim və fərdi inkişaf proqramları
- Rəqabətli əmək haqqı
- Bonus ödənişi
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
- Korporativ telefon və nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
- Əlavə güzəşt və endirimlər
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00.
- Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Əsas vəzifə öhdəlikləri:
- Biznesin tələblərinə uyğun servislərin yaradılması və baxımı
- Problemlərin, xətaların araşdırılması, uyğun həllərin təqdim edilməsi
- Texniki insident və şikayətlərin araşdırılması
- Strateji planlama
- Resursların idarə edilməsi
- Dokumentasiyaların yazılması və bilik paylaşımı
- Analiz və raportlama
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
- Təhsil: Kompüter Elmləri, Riyaziyyat üzrə və ya İnformasiya Texnologiyaları sahəsində minimum bakalavr təhsili
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (upper intermediate)
- İş Təcrübəsi: uyğun sahədə minimum 2 illik iş təcrübəsi
Arzu olunan Bacarıqlar:
- Telekom sahəsində ilkin anlayışlar
- Unix/Linux əməliyyat sistemlərində işləmə bacarığı
- Skript yazma bacarığı(Python, shell)
- Real rejimli sistemlərlə işləmə bacarığı
- SQL/PLSQL -lə işləmə təcrübəsi
- Alqoritmlər
- İri həcmli datalarla işləmə bacarığı
Üstünlük kimi nəzərə alınacaq:
- Araşdırma və analiz etmə bacarıqları
- Kommunikasiya və təqdimat bacarıqları
- Komanda ilə birgə işləmə bacarığı
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- İxtisas Testləri
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Son müraciət tarixi: 20 Avqust 2023-cü il.