Avrora
Ticari Marketinq - Bölmə Müdiri (Tam Store)
Son tarix 15 apr 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Kampaniya təklif siyahısını toplayır, analiz edir, müvafiq şöbələrlə danışıqlar aparıb yekun siyahını formalaşdırır;
- Yekun siyahıya əsasən kampaniya konsepti nəzərə alınmaqla dizayn üçün yerləşim planını hazırlayır, kampaniya məhsulları üçün adlandırma siyahısını hazırlayır və dizayn üçün yönləndirir;
- Prosesi izləyir, dizayn edilmiş faylları yoxlayır;
- Kampaniya çap materiallarının sifarişlərini verir və izləyir;
- Kampaniya siyahılarına uyğun qiymətlərin, şərtə bağlı endirimlərin sistemə işlənilməsini təmin edir;
- Kampaniyanın effektivliyinin izlənilməsi, növbəti kampaniya üçün eyni prosesi təmin edir;
- Təqvimə, sezona, satış dinamikasına uyğun kampaniya təklifləri hazırlayır;
- Bütün proseslərin, qrafikə uyğun getməsini daim izləyir.
Tələb olunan bilik və bacarıqlar:
- Pərakəndə bazarı barədə ümumi məlumatlılıq (ərazilər, qiymət strategiyaları, kampaniya mexanizmləri və s.);
- Excel bilikləri (yuxarı səviyyədə);
- Problem həll etmə bacarığı və stressə dözümlülük.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (İqtisadiyyat və ya sahələri üzrə olması üstünlükdür);
- Pərakəndə şəbəkə sahəsində təcrübə mütləqdir;
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş yeri : Nərimanov rayonu, Aşıq Molla Cümə küç 46B
- Nahar şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Ticari marketinq Bölmə müdiri ” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.