Araz Supermarket
Maliyyə əməliyyatlarına nəzarət üzrə mütəxəssis
Son tarix 30 may 2025 - [email protected]
Öhdəliklər
- Müvafiq struktur vahidlər üzrə bütün maliyyə əməliyyat və proseslərinin yoxlanılmasını təşkil etmək, zərurət yarandıqda onlara dair müvafiq alt sənədləri tələb etmək
- Biznes əməliyyatlarının səmərəli və düzgün idarə edilməsini təmin etmək, daxili nəzarət prosedurlarına uyğunluğunu yoxlamaq və əməliyyat risklərini azaltmaq
- Biznes əməliyyatlarının fəaliyyətini təhlil edərək, inkişaf etdirilməsi üçün tövsiyələr vermək
- Əmək haqqı hesablanması və ödənişlərini yoxlamaq, xərclərə nəzarət etmək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq və Maliyyə sahəsində 2-3 il iş təcrübəsi
- ACCA sertifikatları üstünlükdür
- SAP bilikləri üstünlükdür
- Komanda ilə işləmə bacarığı
- Ünsiyyət bacarığı
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Maliyyə əməliyyatlarına nəzarət üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Mürcaiət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.