Air Group
Biznesin inkişafı şöbəsinin müdiri
Son tarix 20 iyl 2024 [email protected]
Namizədə tələblər:
- Ali təhsil
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Stresə davamlı
- Səliqəli və ciddi xarici görünüş
- Azərbaycan, ingilis və rus dillərini bilməli.
İş barədə məlumat:
- Şirkətin inkişaf planlarının yaradılması və satış hədəflərinin proqnozlaşdırılması;
- Həm gəlir, həm də müştəri məmnuniyyətinə yönəlmiş böyümə strategiyasının hazırlanması;
- Yeni bazarlar, inkişaf sahələri, tendensiyalar, müştərilər, tərəfdaşlıqlar, məhsullar və xidmətlər daxil olmaqla, yeni biznes imkanlarını və ya mövcud bazarlara çatmağın yeni yollarının araşdırılması və müəyyənləşdirilməsi;
- Mövcud kampaniyaların nəticələrinin təhlili və effektivliyinin artırılması üçün təkliflərin verilməsi;
- Mövcud və potensial müştərilərlə görüşlər və yeni əməkdaşlıq imkanlarının təklif olunması;
- Satış və marketinq strategiyalarının inkişafı üçün marketinq və satış komandaları ilə sıx əməkdaşlıq;
- Araşdırma nəticələrinin vizuallaşdırılması və iclaslarda iştirak;
- Ümumi fəaliyyətlə bağlı aylıq və rüblük hesabatların hazırlanması;
Əlavə məlumatlar:
- Əmək haqqı: Ştat cədvəlinə uyğun
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Korporativ nömrə və danışıq balansı
Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Biznesin inkişafı şöbəsinin müdiri” sözlərini qeyd edərək elektron ünvanına göndərsinlər.