Air Group
Baş mühasib
Son tarix 24 iyl 2023 - [email protected]
Namizədə tələblər:
- Maliyyə sahəsi üzrə ali təhsil;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
- Milli və beynəlxalq mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- Baş mühasib təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir;
- Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il.
İş barədə məlumat:
- Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi
- İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – Vergi bəyannamələrinin hazırlanıb paketləşdirilərək Vergi orqanına təqdim edilməsi, o cümlədən:
- Mənfəət vergisi;
- Əmlak vergisi;
- Əlavə dəyər vergisi;
- Ödəmə mənbəyində tutulan vergi;
- Muzdlu işlə əlaqədar vahid bəyannamə;
- Torpaq vergisi ;
- DSMF hesabatlarının Vergi orqanına təqdim edilməsi;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Əmək haqqının hesablanması;
- Bank və kassa əməliyyatları;
- Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
- Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.
Əlavə məlumatlar:
- Əmək haqqı: Ştat cədvəlinə uyğun
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.