Azərbaycan Respublikasının Mərkəzi Bankı
İnsan kapitalının inkişafı üzrə aparıcı mütəxəssis
Son tarix 16 fev 2026 - Müraciət et
Struktur bölmənin adı
- İnsan resursları departamenti / İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsi
Vəzifənin funksiyaları:
- İnsan kapitalının inkişafı üzrə proqram və layihələrin yaradılmasında iştirak etmək və hərəkat planının gedişatını təmin etmək;
- Performansın idarə edilməsi prosesi çərçivəsində əməkdaşlar üçün real və ölçülə bilən hədəflərin qoyulması,monitorinqi, performansın qiymətləndirilməsi, təhlili, qiymətləndirmə sonrası dəyərləndirmə daxil olmaqla təkliflərinin hazırlanması proseslərini tərəfdaş olduğu departamentlər üçün icra etmək;
- Vəzifələr üzrə kompetensiyaların müəyyənləşdirilməsində, qiymətləndirmə alətlərinin hazırlanmasında və istedad hovuzunu formalaşdırmasında iştirak etmək və tədbiq etmək;
- İstedadın müəyyənləşdirilməsi, təşkilat daxilində karyera inkişafı planlaşdırması metodologiyasının hazırlanması, hovuzun formalaşdırılmasına fokuslanan layihələrin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- Təcrübə proqramları, instedadların inkişafına fokuslanan proqramlarının təbliğat və seçim mərhələrini təşkil etmək və uyğun iştirakçıların seçilməsi üçün alətləri yeniləmək; istedadların performansının idarə olunmasına dair proseslərin gedişatını təmin etmək.
- Əməkdaşların işə bağlılığı üzrə layihələrin illik plan və konsepsiyasının yaradılması və icrasında iştirak etmək; tədbirlər, əməkdaşların rifahı üzrə layihələr, sosial məsuliyyətliliyi təşviq edən layihələrin planlaması, təbliğatı və təşkilində iştirak etmək;
- Şöbənin funksiyaları çərçivəsində layihələrin planlaşdırılması, koordinasiyası və icrasında fəal iştirak etmək;
Texniki kompetensiyalar
- Qərar qəbul etmək qabiliyyəti
- Planlama və prioritetləşdirmə
- Auditoriya qarşısında çıxış qabiliyyəti
- Müsahibə etmə və dəyərləndirmə qabiliyyəti
- Strateji düşüncə qabiliyyəti
- Analiz etmə qabiliyyəti
- Qərar qəbul etmək qabiliyyəti
- Planlama və prioritetləşdirmə
- Auditoriya qarşısında çıxış qabiliyyəti
- Müsahibə etmə və dəyərləndirmə qabiliyyəti
Təcrübə
- Müvafiq sahədə 2 il iş təcrübəsi tələb olunur.
Təhsil
- Ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır) tələb olunur.
Kompüter bacarıqları
- MS Office proqramları, xüsusilə MS Power Point, Word, MS Excel,Outlook, MS Visio üzrə biliklər tələb olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Aparıcı mütəxəssis
Son tarix 16 fev 2026 - Müraciət et
Struktur bölmənin adı
- İnformasiya və kibertəhlükəsizlik departamenti / İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi (GRC)
Vəzifənin funksiyaları:
- İnformasiya sistemləri, məlumatlar və şəbəkələr üzrə potensial təhlükə və zəifliklərin müəyyən edilməsi məqsədilə sistemli və risk əsaslı qiymətləndirmələri aparmaq;
- Mərkəzi Bankın nəzarət subyektlərində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müvafiq struktur bölmələrlə birgə təkmilləşdirmək;
- Mərkəzi Bankın nəzarət subyektlərində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi aktların tələblərinə uyğun yoxlamaları həyata keçirmək;
- Nəzarət subyektlərində həyata keçirilmiş yoxlamaların hesabatını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Təhlükəsizlik siyasətləri, prosesləri və texnologiyalarının effektivliyini qiymətləndirmək;
- Yoxlama nəticəsində müəyyən edilmiş çatışmazlıqların izlənməsi və statusunun davamlı monitorinqini həyata keçirmək;
- Yoxlamaları risk əsaslı planlaşdırılmaq və prioritetləşdirilmək;
- İnformasiya sistemləri ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılması üzrə nəzarət etmək;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulmasını təmin etmək;
- Yeni və mövcud üçüncü tərəf təchizatçıları üzrə risk qiymətləndirmələrini həyata keçirmək;
- Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyasının icrasını təmin etmək, müvafiq fəaliyyət planlarını tətbiq etmək, strateji hədəflərin reallaşdırılmasını izləmək və GRC çərçivəsində davamlı inkişafı dəstəkləmək;
- Risklərin azaldılması üçün strategiyalar və tədbirlər planı hazırlamaq;
- Mərkəzi Bankda informasiya təhlükəsizliyi tədbirlərinin qabaqcıl təcrübəyə və beynəlxalq standartlara uyğunlaşdırılması üzrə daxili reqlament sənədlərini hazırlamaq və təkmilləşdirilməsi işini təşkil etmək;
- Maliyyə bazarlarında kibertəhlükəsizlik üzrə yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirmək.
- Nəzarət subyektlərində risklərin identifikasiyası, qiymətləndirilməsi və prioritetləşdirilməsi proseslərinin təhlilini həyata keçirmək.
- Nəzarət subyektlərindən daxil olan müxtəlif nəzarət, sınaq və qiymətləndirmə xarakterli hesabatların təhlili aparmaq və nəticələrin monitorinqini həyata keçirmək.
Texniki kompetensiyalar
- İTİS üzrə audit təcrübəsi;
- Risk qiymətləndirmə metodologiyaları üzrə biliklər;
- ISO 27001, NIST və PCI DSS təhlükəsizlik çərçivələri və standartları haqqında biliklər;
- IT infrastruktur, əməliyyat sistemləri və şəbəkə üzrə anlayış;
- İnformasiya təhlükəsizliyi prinsipləri və beynəlxalq təcrübələr haqqında anlayış;
- Siyasət və prosedurların hazırlanması və icrasını dəstəkləmə bacarığı;
- Üçüncü tərəf risklərinin idarə edilməsi barədə ilkin anlayış;
- İnformasiya təhlükəsizliyi üzrə uyğunluq yoxlanışlarında texniki istiqamətdə bilik və təcrübə;
- Kibertəhlükəsizlik həlləri (DLP, PAM, MDM, SIEM, EDR, Network Security və s.) ilə bağlı biliklər;
- Dəyişikliklərin idarə olunması, təhlükəsizlik testləri və qiymətləndirmələri (vulnerability assessment, penetration testing) üzrə nəticələrin təhlili bacarığı.
Təcrübə
- İnformasiya təhlükəsizliyi, GRC və ya İT Audit sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.
Təhsil
- Ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək), İngilis dili (yaxşı) tələb olunur.
Kompüter bacarıqları
- MS Office proqramları (xüsusilə MS Excel) üzrə biliklər tələb olunur.
Sertifikatlar
- ISO/IEC 27001 Foundation/Lead Auditor, COBIT 2019 Foundation, CompTIA Security+, CISA, CISM, CRISC və ya digər sertifikatlar arzuolunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











