“Meqa Sığorta” ASC Sığorta hadisələri tənzimlənməsi departamentinə yeni komanda üzvlərini dəvət edir.
Vakansiya: Əməliyyat şöbəsinin Mütəxəssisi.
Namizədlərə olan tələblər:
Təhsil: Ali;
Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50 fəsli və İcbari sığortalar haqqında qanun;
İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi üzrə Əməliyyat işlərində - 1 ildən yuxarı;
Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
Dil bilikləri: Azərbaycan, rus dilində ünsiyyət saxlaya bilmək - arzuolunandır;
Şəxsi keyfiyyətlər və bacarıqlar: təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.
Əsas vəzifə öhdəlikləri:
Baş vermiş sığorta hadisəsini sənəd üzərindən araşdırmaq.
Sığorta hadisəsi ilə bağlı sığortalı və zərərçəkənlərlə əlaqə yaratmaq, fikirlərini dinləmək, suallarını cavablandırmaq, prosesi izah etmək.
Müştəri məmnuniyyətini qorumaq.
Sığorta hadisəsi sənədlərini ödənişə hazırlanmaq, proqrama işləmək və elektron qaydada arxivləşdirmək.
Gündəlik olaraq sığorta hadisələrinin uçotunu aparmaq.
Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.
Əmək şəraitinin şərtləri:
Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
Tibbi sığorta təminatı.
Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
“Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində “Əməliyyat - Mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.