“Meqa Sığorta” ASC Korporativ satış şöbəsinə yeni komanda üzvlərini dəvət edir.
Vakansiya: Korporativ satış üzrə Baş mütəxəssis
- Namizədlərə olan tələblər:
- Təhsil: Ali.
- Şəxsi keyfiyyətlər: Müştərilərlə rahat ünsiyyət qurma, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, dəqiqlik, məsuliyyət, məqsədyönümlük.
- İş təcrübəsi: Sığorta sektorunda satış sahəsində minimum 3 il.
- Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili arzu olunandır.
Əsas vəzifə öhdəlikləri
- Potensial müştəriləriləri müəyyən etmək və onlarla görüşlər təşkil etmək.
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək.
- Könüllü sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus verilir.
- İş qrafiki: I-IV günlər 09:00-18:00, cümə günü 09:00-17:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
- Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzü bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğunluq üzrə ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.