“Meqa Sığorta” ASC Tibbi sığorta departamentinə yeni komanda üzvlərini dəvət edir.
Vakansiya: Həkim-ekspert
Namizədlərə olan tələblər:
- Təhsil: Ali Tibbi.
- Şəxsi keyfiyyətlər və bacarıqlar: Təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, intizamlılıq, dəqiqlik, məsuliyyət, məqsədyönümlük.
- İş təcrübəsi: 3 il tibbi sığorta sahəsində, onlardan 1 il tibbi sığorta ekspertizası sahəsində.
- Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilmək. Ingilis dili: yazmaq və danışmaq - B2 dərəcədə.
- Kompüter bacarıqları: Microsoft Office Word və Excell – sərbəst istifadəçi.
Əsas vəzifə öhdəlikləri
- Tibbi sığorta üzrə tibbi-iqtisadi ekspertizanı həyata keçirmək.
- Tibb müəssisələri tərəfindən yazılmış reyestrləri yoxlamaq və tibbi sığorta proqramı üzrə uyğunluğu müəyyən etmək.
- Tibb müəssisələri və əczaxanalar tərəfindən hazırlanmış reyestrlərə görə ödəmə aktlarını hazırlamaq.
- Tibb müəssisələri ilə əlaqəli şəkildə işləmək.
- Ödəmələrin həyata keçirilməsi üçün sığorta aktları və digər sənədlərini şöbə rəhbərliyinə təqdim etmək.
- İşlənmiş məlumatları əməliyyat sisteminə yükləmək.
- Sığorta ödənişlərinin uçotunu aparmaq.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: Əmək müqaviləsi ilə müəyyən olunur namizədin təcrübə və səriştəsinə uyğun.
- İş qrafiki: I-IV günlər 09:00-18:00, cümə günü 09:00-17:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
- Meqa Sığorta ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzü bölməsində Həkim-ekspert qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğunluq gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.