CCN Holding
Baş Mühasib / Vergi Mütəxəssisi
Son tarix 25 iyl 2026 - [email protected]
CCN İnşaat komandamıza peşəkar və məsuliyyətli Baş Mühasib və Vergi Mütəxəssisi axtarır.
İşin təsviri
- Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
- Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili;
- Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək;
- Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
- Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
- Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;
- Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması;
- Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
- Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
- Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi.
Vəzifə üzrə tələblər
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;
- Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;
- 1C, BTP, e-Taxes, e-Gov, e-Qaimə və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;
- Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
- Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib və Vergi Mütəxəssisi” qeyd etməklə [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərə bilərlər.
















