Meqa Sığorta sığorta şirkəti vakansiya elan edir
Vakansiya: Hüquq departamenti Subroqasiya və Hüquqi təminat şöbəsinin Müdiri
Vəzifə öhdəlikləri:
- Subroqasiya hüququ əsasında cəmiyyət tərəfindən zərərvuran şəxslərə qarşı iddiaların vaxtlı-vaxtında qaldırılmasının, qəbul olunmuş qətnamələrin icrasının təmin edilməsi;
- İddia ərizələrinin hazırlanması və təyinatı üzrə göndərilməsinin həyata keçirilməsinin təşkil edilməsinə nəzarət edilməsi, məhkəmə proseslərində Cəmiyyətin təmsil edilməsi;
- Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavabların yazılması və təyinatı üzrə göndərilməsinə nəzarət edilməsi;
- Şöbənin işçiləri arasında gündəlik iş bölgüsünün həyata keçirilməsi və icrasına nəzarət edilməsi;
- Qanunvericilikdə olan dəyişikliklərin Cəmiyyətin daxili normativ sənədlərində vaxtlı-vaxtında əks olunmasının təmin edilməsi və lazımi hallarda müvafiq struktur bölmələrinin işçilərinin bu barədə məlumatlandırılması;
- Müqavilələrin işlənilməsi, onlara hüquqi rəyin verilməsi, rəhbərlik tərəfindən təsdiq edilməsinin təşkil edilməsi;
- Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etməsi;
- Cəmiyyətin hüquqlarının və qanuni mənafelərinin məhkəmədə və digər qurumlarda hüquqi müdafiəsi üçün zəruri sənədlərin hazırlanması;
- Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı hesabatın verilməsi;
Namizədə olan tələblər:
- Ümumi iş təcrübəsi 5 il, onlardan Sığorta sahəsində iş təcrübəsi minimum 3 il.
- Təhsili/ixtisası: Ali hüquq.
- Dil bilikləri: Azərbaycan dili - əla; rus/ingilis dili - arzuolunandır.
- Kompüter bilikləri: MS Office - əla.
- Analitik düşünmə və problemləri həll etmə bacarığı.
- Yazılı və şifahi kommunikasiya bacarıqları.
Əmək şəraiti və şərtləri:
Əmək haqqı: namizədin sığorta sahəsində olan iş təcrübəsi və səriştəsinə uyğun təklif olunur.
İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı (“Şöbə müdiri”) qeyd olunmaqla) göndərə bilərlər.