Ölkənin aparıcı sığorta şirkətlərindən olan "Meqa Sığorta" ASC korporativ satış şöbəsinə sığorta məhsullarının satışı sahəsində təcrübəsi olan komanda üzvləri axtarır.
FED.az vakansiya ilə bağlı məlumatı təqdim edir:
Vakansiyalar:
- Korporativ satış üzrə mütəxəssis
- Korporativ satış üzrə aparıcı mütəxəssis
- Korporativ satış üzrə qrup rəhbəri
Namizədlərə olan tələblər:
· Təhsil: Ali
· Axtardığımız şəxsi keyfiyyət: Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı
· İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübəsi olanlara üstünlük verilir
· Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili (yaxşı)
Əsas vəzifə öhdəlikləri
· Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək
· Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək
· Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək.
İş şərtləri:
· Əmək müqaviləsi bağlanılır
· İş qrafiki: I-IV günlər (09:00-18:00), V gün (09:00-17:00). Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir
· Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus veriləcək.
Zəhmət olmasa mövzü bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi (foto əlavə edilməlidir) [email protected] e-mail ünvanına göndərin. Yalnız ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.