Vakansiyalar

“LODOS” işçi axtarır - VAKANSİYA

“LODOS” işçi axtarır - VAKANSİYA | FED.az
19:51 29 İyun 2020

FED.az xəbər verir ki, "LODOS" MMC satınalma mütəxəssisi (daxili bazar) vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: “PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA

Tabe olduğu bölmə: Mərkəzi ofis

Aid olduğu şöbə: Satınalma şöbəsi

VƏZİFƏ, SƏLAHİYYƏT VƏ MƏSULİYYƏTLƏR:

1. Layihə çərçivəsində tələb olunan materialları araşdırmaq
2. Məhsulların texniki xüsusiyyətlərini və istifadə təfərrüatlarını araşdırmaq
3. Təqdim olunan materiallar üçün qiymət almaq və bu istiqamətdə istifadə xərclərinin təhlilini etmək.
4. Müştərilərilərə material seçməkdə kömək etmək
5. Müştərilər tərəfindən seçilən materialların siyahısını yazmaq
6. Alınmasına qərar verilmiş materialı istifadəçiyə təhvil verilənə qədər əlaqə qurmaq və lazımi ünsiyyəti həyata keçirmək
7. İstifadəyə qəbul edilən və istifadə edilməməsi lazım olan materialları qeyd edərək tikinti qrupuna məlumat vermək
8. İstifadə zamanı yarana biləcək problemləri səlahiyyətlilərə bildirmək, problemi mümkün qədər tez həll etmək

VƏZİFƏ PROFİLİ:

1. Alüminium fasad materialları satın alma sahəsində ən azı 3 illik təcrübəyə sahib olmaq və insanlarla münasibət qurmaqda uğurlu olmaq
2. Azərbaycan, Rus, İngilis, Türk dillərini yaxşı bilmək
3. Ümumi kompyuter biliklərinə sahib olmaq, əməliyyat sistemi və Office proqramlarına hakim olmaq
4. Azərbaycanın daxili bazar təchizatçısına və məhsullarına üstünlük vermək

DİGƏR TƏLƏB VƏ ŞƏRTLƏR:

Yaş həddi 25-40
Əmək haqqı təhsil, iş stajı, iş bacarığı,və s.nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur;
İş rejimi həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat), şənbə yarım gün

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə ”Satınalma Mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.

Digər xəbərlər