FED.az xəbər verir ki, Beynəlxalq Bank Samux şöbəsinə Pərəkəndə Kreditlər üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş mütəxəssis vakansiyaları elan edir.
Eləcə də bax: "Express Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək;
Kredit portfelini formalaşdırmaq və idarə etmək;
Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımların həyata keçirmək;
Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılmaq;
Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir);
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək.
Qeyd: Samux və ya qonşu rayonlarda yaşayan namizədlərə üstünlük verilir, iş təcrübəsi olmayan amma yuxarıdakı əsas kriteriyalara cavab verən namizədlər müraciət edə bilər
Bu iş sizə nələri qazandıracaq:
Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 Yanvar 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində vəzifə adını Samux Pərəkəndə Kreditlər üzrə namizəd şəklində göstərin. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az