FED.az xəbər verir ki, Beynəlxalq Bank Hesabatlıq və təhlil şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vakansiyaları elan edir.
Eləcə də bax: "Kontakt Home" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
Mövcud əməliyyatlar üzrə toplanmış statistik məlumatlar əsasında müxtəlif analitik hesabatların yaradılması və təqdimatların hazırlanması;
Mövcud müştərilərin Bankla əməkdaşlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə səmərəlilik göstəriciləri (dövriyyə, cari hesablar üzrə orta qalıq, gəlirlilik və s.) barədə məlumatların (hesabatların) hazırlanması;
Müştərilərin kredit və balansdankənar öhdəliklərinə dair hesabatların yaradılması;
Kredit və balansdankənar öhdəliklər üzrə ödənişlərin izlənilməsi;
Vakant vəzifə üzrə tələblər:
Sahə üzrə minimum 1 il iş stajı;
Ali iqtisadi təhsil;
"Microsoft Excel" proqram təminatında yüksək səviyyədə işləmə bacarığı;
CRM proqramlarında işləmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Hesabatlarlavə statistik məlumatlarla işləmə bacarığı;
Komandada işləmək bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 yanvar 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Hesabatlıq və təhlil şöbəsinə namizəd” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az