Banner

Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA | FED.az
20:50 23 Yan 2021

Azərbaycan Beynəlxalq Bankı İnzibati idarəetmə departamentinə Əmlakın idarə edilməsi üzrə Mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı; 
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Banka məxsus və ya bankın istifadəsində olan binaların sənədləşmə işinin aparılması;
• Bankın strukturlarından daxil olan sorğuların icra olunması;
• Dövlət orqanlarına sənədlərlə bağlı müraciətin edilməsi;
• Əmlak bazarının araşdırılması;
• Əmlakın qiymətləndirilməsi, satılmasına qədər olan sənədləşmə işinin təşkili;
• Məktubların və ərizələrin yazılması;
• Banka məxsus və ya bankın istifadəsində olan binaların sənədləşmə işinin aparılması;
• Yerinə yetirdiyi işlərə dair hesabatların hazırlanması və s.

Bizim üçün uyğun namizəd:

• Alitəhsilli (hüquqi və ya iqtisadi);
• Sahə üzrə minimum 1 il iş təcrübəsi olan;
• Əmlak qiymətləndirilməsi ilə bağlı tücrübəsi olan;
• Daşınmaz əmlakın girova götürülməsi ilə əlaqədar sənədləşmə işlərini bilən;
• Daşınmaz əmlakın satılmasına qədər olan sənədləşmə işlərini bilən şəxsdir.

Axtardığımız namizəd sizsinizsə öz [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əmlakın idarə edilməsi üzrə Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.

Əlavə məlumat üçün: www.ibar.az

Digər xəbərlər