Azərbaycan Beynəlxalq Bankı Təlim və inkişaf şöbəsinə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Təlim və inkişaf ehtiyaclarının təhlili və müəyyən edilməsi;
• Təlim kontentinin dizayn edilməsi;
• Təlimlərin təşkili və effektivliyinin qiymətləndirilməsi;
• Sorğuların keçirilməsinin təşkili;
• Kompetensiyaların digər inkişaf metodlarının tətbiqi;
• Kompetensiyaların qiymətləndirilməsi;
• Karyera inkişaf xəritələri ilə işin təşkili;
• Kritik rollar üçün fərdi inkişaf planlarının tərtibi və icrası;
• Davamçılarla iş üzrə fərdi inkişaf planlarının tərtibi və icrası;
• Öyrənmə və inkişaf portalında (LMS) işin təşkili və mütəmadi təkmilləşdirilməsi;
• Vendorlarla mütəmadi ünsiyyətin qurulması;
• Təlim və inkişaf üzrə hesabatların hazırlanması və ən yaxşı təcrübə ilə müqayisəsi (benchmark);
• Müvafiq proqram təminatlarında işləmə bacarığı.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli (İnsan resursları sahəsi üzrə xaricdə təhsil arzuolunandır);
• Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
• İnsan resurslarının idarə edilməsinin təlim və inkişaf istiqaməti üzrə minimum 1 il iş təcrübəsinə sahib;
• MS office proqramlarını əla səviyyədə bilən;
• İnduktiv və analitik təhlil bacarığına sahib;
• Effektiv ünsiyyət bacarıqlarına sahib;
• Əla səviyyədə təşkilatçılıq bacarığı olan.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təlim və inkişaf şöbəsinə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Əlavə məlumat üçün: www.ibar.az