Azərbaycan Beynəlxalq Bankı İnfrastruktur və əməliyyatlar departamentinə texniki dəstək üzrə kiçik mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Kompüter avadanlıqlarının sazlanması və quraşdırılması;
• Proqram təminatların quraşdırılması və sazlanması;
• Bank sistemində yaranan problemlərin həll edilməsi;
• İT layihələr çərçivəsində işlərin yerinə yetirilməsi;
• Hesabatların hazırlanması.
Bizim üçün uyğun namizəd:
• Ali texniki təhsilli;
• MS Office proqramları ilə işləməyi bacaran;
• Sahə üzrə minimum 1 il iş təcrübəsinə sahib.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Texniki dəstək üzrə kiçik mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az