Azərbaycan Beynəlxalq Bankı Transformasiya ofisinə İnsan resurslarının idarə edilməsi üzrə aparıcı mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• İnsan Resursları sahəsi üzrə strategiyanın icrasında İR departamentinə dəstəyin verilməsi;
• Zərurət olduqda strategiya çərçivəsində müəyyən layihələrin həyata keçirilməsi məqsədilə məsləhətçilərin dəvət edilməsinin təmini;
• Xüsusi hallarda müəyyən layihələr üzrə sahibliyi müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda öz üzərinə götürülməsi və icrasına görə məsuliyyətin daşınılması;
• Strateji layihələrin vaxtında və keyfiyyətlə icrasına nəzarət, layihələrə sahiblik edən və dəstəkləyici struktur bölmələrdən onların icrasına mane olan səbəblərin aşkarlanması, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat alınması.
Bizim üçün uyğun namizəd:
• Ali humanitar təhsilli (İnsan Resursları sahəsi üzrə xaricdə təhsil arzuolunandır);
• İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəli;
• Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
• Sahə üzrə beynəlxalq sertifikatlardan birinə (CİPD, SHRM, HRCİ) malik olan şəxsdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnsan resurslarının idarə edilməsi üzrə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az