FED.az xəbər verir ki, Beynəlxalq Bank Əməliyyat məhsulları və ticarətin maliyyələşdirilməsi departamentinin CRM şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis vakansiyası elan edir.
Eləcə də bax: “Ziraat Bank Azərbaycan” işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
• Müxtəlif hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
• SQL proqramı vasitəsi ilə məlumatların təhlili;
• Hesabatların təkmilləşdirilməsi;
• Microsoft PowerPoint proqramında təqdimatların hazırlanması.
Bizim üçün ideal namizəd:
• SQL analitika üzrə minimum 1 il iş təcrübəli;
• Ali təhsilli;
• SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklərə sahib;
• Rus və ingilis dil biliklərinə malik;
• Analitik düşünmə qabiliyyəti sahib;
• Komandada işləmək bacarığına malik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “CRM şöbəsinə mütəxəssis”, “CRM şöbəsinə aparıcı mütəxəssis” və ya “CRM şöbəsinə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az