FED.az xəbər verir ki, Beynəlxalq Bank Korporativ müştərilərlə iş şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyaları elan edir.
Eləcə də bax: “Kristal Abşeron” işçi axtarır - VAKANSİYA
Bizim üçün ideal namizəd:
Sahə üzrə minimum 1 il iş təcrübəsinə sahib;
Ali iqtisadi təhsilli;
Bank əməliyyatları üzrə qanunvericilik aktları ilə tanış, эsas bank məhsulları haqqında məlumatlı;
Azərbaycan, rus və ingilis dillərində mükəmməl yazı və danışıq qabiliyyətinə sahib;
Komandada işləmək bacarığına malik;
Satış qabiliyyəti, müştəriləri inandırmaq bacarıqlarına sahib;
Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyətinə malik olan şəxsdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ müştərilərlə iş üzrə mütəxəssis”, “Korporativ müştərilərlə iş üzrə aparıcı mütəxəssis” yaxud “Korporativ müştərilərlə iş üzrə baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az