Azərbaycan Beynəlxlaq Bankı Hüquq Departamentinin Müqavilələr və korporativ məsələlərin tənzimlənməsi şöbəsinə Hüquqşünas vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri hazırlamaq, habelə bütün növ müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək, onların Bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
Bankda satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
Bankın filiallarının, şöbələrinin, nümayəndəliklərinin və törəmə müəssisələrinin fəaliyyətinə hüquqi dəstək vermək;
Bank fəaliyyətinin inkişafı və səmərəli təşkili məqsədilə yaradılan yeni məhsulların və layihələrin Azərbaycan Respublikası qanunvericiliyinə uyğunluğunun hüquqi ekspertizasını həyata keçirmək
Bankın struktur bölmələrinin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylər və/və ya məsləhətlər vermək, habelə digər formada hüquqi yardım göstərmək;
Bizim üçün ideal namizəd:
Hüquq/Beynəlxaq Hüquq üzrə ali təhsilli;
Azərbaycan, Rus, İngilis dillərində mükəmməl danışıq və yazı bacarığı olan;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olan;
Bank, sığorta, investisiya sahələri üzrə iş təcrübəsi olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Müqavilələr və korporativ məsələlərin tənzimlənməsi şöbəsinə Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az