FED.az xəbər verir ki, Beynəlxalq Bank Əməliyyat məhsulları və ticarətin maliyyələşdirilməsi departamentinin Korporativ CRM şöbəsinə sistem analitiki vakansiyası elan edir.
Eləcə də bax: "AccessBank" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
CRM sistemində sistem dəyişikliklərin və əlavələrin aparılması;
CRM sistemi üzrə istifadiçilərə təlimlərin və müvafiq dəstəyin göstərilməsi;
CRM sistemində yaranan uyğunsuzluqların inteqratorla araşdırılması və aradan qaldırılması;
CRM sistemində yeni imkanların araşdırılması və onların tədbiq olunması;
SQL proqramı vasitəsi ilə məlumatların toplanılması.
Bizim üçün ideal namizəd:
JAVA proqramçı kimi minimum bir il iş təcrübəsi;
Ali təhsilli;
Java, SQL, üzrə dərin biliklər;
Rus və ingilis dil bilikləri;
Analitik düşünmə qabiliyyəti;
Komandada işləmək bacarığı olmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Korporativ CRM şöbəsinə sistem analitiki” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az