FED.az xəbər verir ki, Beynəlxalq Bank Yevlax, Bərdə, İmişli, Kürdəmir regionları üzrə Kiçik və orta sahibkarlarla iş departamentinin Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə Mikrokreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.
Görəcəyiniz işlər:
 Bankın mikro kreditlər seqmentinə aid müştəri portfelinin idarə edilməsini və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək;
 Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə cəlbinin təşkili;
 Müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərarvermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işinin təşkili;
 Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin təşkili;
 Müştəri portfeli üzrə əməkdaşlıq, müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə sonadək dəstəyi təşkil etmək.
Bizim üçün ideal namizəd:
 Ali iqtisadi təhsili olan;
 Azərbaycan dilini səlis bilən (Rus dili və İngilis dili arzuolunandır);
 Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
 Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
 Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
 Regionun aparıcı bankında zəngin iş təcrübəsi qazanmaq imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
 Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (region adı)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







