Banner

Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA | FED.az
19:57 9 İyun 2020

FED.az xəbər verir ki, Beynəlxalq Bank Pərakəndə CRM departamentinin Telemarketinq şöbəsinə kiçik mütəxəssis vakansiyası elan edir.

Eləcə də bax: "Kontakt Home" işçi axtarır - VAKANSİYA

Görəcəyiniz işlər:

 Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı
 Mövcud kampaniya və güzəştlər barədə müştərilərin zəng vasitəsilə məlumatlandırılması
 Bankın mövcud məhsul və xidmətləri üzrə müştəri məmnunluğunun müəyyən edilməsi məqsədilə telefon zənglərinin edilməsi

Bizim üçün ideal namizəd:

 Ali təhsilli;
 Azərbaycan və rus dillərini mükəmməl bilən;
 Məlumat mərkəzi və ya satış sahəsində təcrübə üstünlükdür;
 Məhsul və ya xidmətin təbliği qabiliyyəti olan;
 Müştərini inandırmaq və telefonla satış qabiliyyəti olan;
 MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyətli;
 Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
 Komandada işləmək bacarığı olan;
 Analitik zəka, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Dil biliklərinizi inkişaf etdirmək imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV- [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Telemarketinq üzrə kiçik mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Digər xəbərlər

Banner