FED.az xəbər verir ki, Beynəlxalq Bank Tranformasiya Ofisi Hesabatlıq və Analitika üzrə mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Eləcə də bax: "eManat" işçi axtarır - VAKANSİYA
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
Bankın Transformasiya proqramı çərçivəsində mövcud təşəbbüslərinin həyata keçirilməsini Hesabatlıq və Analitika bölümü ilə birlikdə təmin etmək. Təşəbbüslərin həyata keçirilməsi zaman üzrə çıxan maneələri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
Təşəbbüslərin həyata keçirilməsi məqsədilə Hesabatlıq və Analitika bölümünə koordinasiya, təcrübə, ideya və məzmun dəstəyi vermək;
Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi Hesabatlıq və Analitika bölümü ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
Daxil olan sorğuları cavablandırmaq; fəaliyyətinin nəticələri barədə müvafiq hesabatları təqdim etmək, fəaliyyəti dövründə əmələ gələn digər vəzifələri yerinə yetirmək.
Bizim üçün ideal namizəd:
İqtisadiyyat və ya riyazi ali təhsili olan;
Yüksək səviyyədə SQL ilə işləyə bilən;
Advanced Excel biliyi olan;
Baş mütəxəssis pozisiyası üçün vizuallaşdırma proqramlarından biri ilə işləməyi bacaran: Tableau, Power BI, Qlicksense;
Hesabatlıq və təhlil üzrə minimum 2 il təcrübəsi (mütəxəssis pozisiyası üçün)/ 3 il (baş mütəxəssis pozisiyası üçün) olan;
Yüksək təhlil bacarıqları olan bir şəxsdir.
Axtardığımız namizəd Sizsinizsə, CV-nizi [email protected] elektron ünvanına 22.06.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "TO Hesabatlıq və Analitika üzrə mütəxəssis" və ya "TO Hesabatlıq və Analitika üzrə baş mütəxəssis")
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.ibar.az