FED.az xəbər verir ki, Beynəlxalq Bank Bakı şəhərində yerləşən filliallarına Ofis Meneceri vakansiyası elan edir.
Eləcə də bax: "Optimal Elektronika" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
• Məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasının formalaşdırılması;
• Daxili təchizat-təminat məsələlərinin idarəedilməsi.
• Müştəriləri nəzakətli qarşılamaq, onların ilkin tələbatlarını öyrənmək
Bizim üçün ideal namizəd:
• Ali təhsilli
• MS Office proqramları iş bacarığı olan
• Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir)
• Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləyən və yüksək səviyyədə bilən şəxsdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 May 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ofis Meneceri (Bakı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az