Banner

Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA | FED.az
20:00 13 Aprel 2020

FED.az xəbər verir ki, Beynəlxalq Bank İnformasiya texnologiyaları departamentinin Bank sistemlərinin inkişafı şöbəsinə Front end üzrə proqramçı vakansiyasını elan edir.

Eləcə də bax: "Veysəloğlu" işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Namizədin vəzifə öhdəlikləri:

• Proqram təminatının vizual və funksional tələblərini kod səviyyəsində UI/UX dizaynının texniki əsaslandırılmasını tətbiq edərək icra edilməsi;
• Proqram təminatının tətbiqi üçün hazırlanmış “Texniki sənədləri”n tətbiq edilməsi;
• Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;
• Proqram təminatının geniş miqyasda istifadəsi və daha sürətli işləməsi üçün kodun optimallaşdırılması;
• Səhifələrin yazılmasında çeşidli işarə dillərindən (multiple sign language) istifadə edilməsi.

Namizədə olan texniki tələblər:

Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:

• OOP prinsipləri;
• HTML;
• JavaScript;
• CSS;
• XML;
• JSON;
• UI/UX Design.

Namizədə olan digər tələblər:

• 2 ildən artıq iş təcrübəsi (aidiyyati sahə üzrə - Bank və ya digər oxşar maliyyə müəssisələrində aidiyyati vəzifə üzrə təcrübənin olması arzuolunandır);
• Yüksək səviyyədə analitik bacarıqlar;
• Yeni trend və texnologiyalardan məlumatlı olmaq;
• Komandada işləmək bacarığı;
• Agile İdarəetmə Metodologiyaları ilə idarəetmə və ya Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla xüsusilə Scrum komandalar ilə iş bacarığı arzuolunandır;
• Dil bilikləri
o Azərbaycan dili,
o İngilis dili (Texniki mətnləri oxuyub anlaya bilmək və sistemləri istifadə bilmək üçün ən azı başlanğıc biliklərə sahib olmalıdır);
o Rus dili arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 aprel 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Front end üzrə proqramçı (İT departament)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Digər xəbərlər

Banner