FED.az xəbər verir ki, "Beynəlxalq Bank" Rəqəmsal innovasiyaların tətbiqi departamentinə Tech Lead vakansiyasını elan edir.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat
Vəzifə öhdəlikləri:
• Rəqəmsal məhsulların dizayn olunması və məhsulun hazırlanmasına nəzarət , Agile heyətə rəhbərlik;
• Texnologiyanın seçimi və tətbiqi ilə əlaqədar framework və ən yaxşı təcrübələrin istifadəsi;
• Müştəri və işçi təcrübəsini artıran yaradıcı və səmərəli həlləri sürətlə inkişaf etdirmək üçün çevik (agile) mühəndislik təcrübələrindən və müxtəlif proqram və veb inkişaf texnologiyalarından istifadə;
• Aydın istifadəçi hekayələri, məhsullar üçün prototiplər və dizayn testlərini hazırlamaq və məhsulun inkişaf etdirilməsini davamlı olaraq çatdırmaq üçün heyət üzvlərinin yönləndirilməsi;
• Rəqəmsallaşdırma komandansının daxili və xaricində olan digər heyətlərlə əlaqənin qurulması, vaxtın, tədarükün və asılılıqlarının müzakirəsi;
• Məhsul sahibləri (product owner) və komanda üzvləri ilə məhsul və çatdırılma risklərini müəyyənləşdirmək və ictimailəşdirmək üçün sıx əməkdaşlıq;
• Qabaqcıl və ən yaxşı təcrübəyə malik mühəndislik proseslərinin və çevik (agile) metodologiyasının tətbiqi;
Bilik, bacarıq və təcrübə
• Java Spring Boot, Node.JS, Go Lang, Elixir, Ruby on Rails, C, C ++, Python və ya digər proqramlaşdırma dillərində / framework`lərdə 4-5 illik iş təcrübəsi
• Proqram təminatında ən azı 4-5 il təcrübəsi və Agile (çevik) heyətdə iş təcrübəsi
• HTML / CSS-də üstün təcrübə və müasir Front-end JavaScript framework`lərdə təcrübə: ReactJS, AngularJS, EmberJS, Vue.js
• SQL-də böyük təcrübə və bir verilənlər bazası texnologiyasına dair yüksək biliklər: Postgres, MySQL, MongoDB, Cassandra, CouchDB, HBase, Neo4J
• İnfrastruktur bilikləri : RESTful API, Single sign on, LDAP, Axtarış Texnologiyaları (Apigee, GraphQL, Swagger, Elasticsearch, Kibana, Auth0)
• Status-kvoya meydan oxuyan bir dəyişiklik agenti olmalı
• İnkişafa/proqramlaşdırmaya böyük marağı və davamlı öyrənmək üçün potensial və istəyin olması
• Cüt (pair) proqramlaşdırılma, davamlı inteqrasiya və testə əsaslanan inkişaf üzrə biliklər
• Mikroservislər üçün pattern seçimləri və konseptlərlə tanışlıq
• Kodun yenidən işlənməsi üzrə (refaktorinq) təcrübə, dizayn nümunələri, dizayna əsaslanan inkişaf, davamlı yerləşdirmə (deployment), yüksək miqyaslı tətbiqlər, tətbiq təhlükəsizliyi
• Paylanmış tətbiqlərin dizaynında iş biliyi və təcrübəsi
• DevOps, Docker iş təcrübəsi və kod infrastrukturu bilikləri
• MochaJS, RSpec kimi ən azı bir vahid test çərçivəsi(unit testing freyk) ilə təcrübə
• İcma töhfələri (məsələn, açıq mənbə(open-source) işi, publishing/texniki ideyalar üzrə biliklər) üstünlükdür
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tech Lead ” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az