FED.az xəbər verir ki, Beynəlxalq Bank Partnyorlarla iş departamentinin Ekvayrinq biznesinə dəstək şöbəsinə monitorinq üzrə baş mütəxəssis vakansiyası elan edir.
Eləcə də bax: "Azərikard" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
Partnyor şəbəkəsinin monitorinqnii tənzimləmək;
Reklam vasitələrinin yerləşdirilməsi (partnyor şəbəkəsində) təmin etmək;
POS terminal vasitələrinin təhvil/təslim edilməsinə nəzarət;
Monitorinq əməkdaşlarının iş qrafikini tənzimləmək;
Partnyor şəbəkələrinin satış/xidmət məntəqələrində ekvayrinq cihazlarının düzgün istifadəsini tənzimləmək.
Bizim üçün ideal namizəd:
Ali təhsil;
Monitorinq üzrə ən azı 3 il iş təcrübəsi olan;
Ünsiyyət bacarığı olan;
Təqdimat bacarığı olan;
Fərdi və komanda tərkibində işləməyi bacaran;
Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
Azərbaycan dili yüksək səviyyədə, Rus dili (üstünlükdür);
Bu iş sizə nələri qazandıracaq:
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 25.04.2020 tarixinədək göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Monitorinq üzrə baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.