FED.az xəbər verir ki, Beynəlxalq Bank Marketinq departamentinə Rəqəmsal marketinq (Influencer/Affiliate) üzrə ekspert vakansiyası elan edir.
Eləcə də bax: "PAŞA Bank" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
- Influencer əsaslı kampaniyaların yaradılması, icrası, izlənilməsi və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Affilate əsaslı kampaniyaların yaradılması, icrası, performanslara nəzarət və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Google və Facebook Analytics-də kampaniyalar üzrə goal-ların yaradılması, funnel-ın qurulması və izlənməsi, həmçinin müvafiq olaraq hesabatların hazırlanmasını təmin etmək;
- Fəaliyyətlər üzrə dashboardlar-ın qurulması.
Bizim üçün ideal namizəd:
- Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəli;
- Affilate və performans əsaslı kampaniyaların yaradılması və idarəsi üzrə təcrübəsi olan;
- İzləmə texnologiyasını (tracking technology) tam başa düşən;
- Google və Facebook Analytics üzrə biliklər – kampaniyalar üzrə goal-ların yaradılması, funnel-ın qurulması və izlənmə məntiqini tam olaraq bilən;
- Influencer əsaslı kampaniyaların yaradılması və icrası ilə bağlı təcrübəsi olan;
- UTM link məntiqini tam anlayanı və kampaniyalara uyğun olaraq tracking linklərini qurmağı bacaran şəxsdir.
- Rəqəmsal marketinq və ya SMM agentliklərdə iş təcrübəsinin olması əlavə üstünlükdür.
Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi 15 aprel 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal marketinq (Ifluencer/Affiliate) üzrə ekspert” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az