FED.az xəbər verir ki, Beynəlxalq Bank İnzibati idarəetmə departamenti İnzibati binalara xidmət şöbəsinə sənədləşmə üzrə mütəxəssis vakansiyası elan edir.
Eləcə də bax: “PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
Bankın strukturlarından daxil olan sorğuların icra olunması;
Dövlət orqanlarına sənədlərlə bağlı müraciətin edilməsi;
Məktubların və ərizələrin yazılması;
Banka məxsus və ya bankın istifadəsində olan binaların sənədləşmə işinin aparılması.
Bizim üçün ideal namizəd:
Ali təhsilli (hüquqi və ya iqtisadi);
Minimum 3 il sənədləşmə üzrə iş təcrübəs olani;
Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.
Analoji sahə üzrə bank təcrübəsi olanlara üstünlük veriləcək
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 27 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Sənədləşmə üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.
Əlavə məlumat üçün: www.ibar.az