FED.az xəbər verir ki, Beynəlxalq Bank İnformasiya texnologiyaları departamentinə Back end üzrə proqramçı vəzifəsi üzrə vakansiya elan edir.
Namizədin vəzifə öhdəlikləri:
• Proqram təminatının hazırlanma və tətbiq məntiqini anlayaraq alqoritmlərinin yaradılması;
• Proqram təminatının tətbiqi üçün hazırlanmış “Texniki sənədləri” tətbiq edilməsi;
• Proqram təminatının kodlarının təyin edilmiş standartlar (Code Convention) və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə bilinəcək şəkildə yazılması;
• Yeni servis, proses və məhsulları sıfırdan yaradılması;
• Mövcud servis, proses, məhsullarla işləyərək onların funksionallıqlarında və kodlarında düzəlişlər, dəyişikliklər və ya optimallaşdırmaların həyata keçirilməsi;
• Proqram təminatında çıxan xətaları kod səviyyəsində analiz edərək xətaları aradan qaldırılması;
• Yeni yazılan servis, proses və məhsulları mövcud servis, proses, məhsullar və aidiyyati sistemlər ilə inteqrasiyasını təmin edilməsi.
Namizədə olan texniki tələblər:
Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:
• OOP prinsipləri
• Verilənlərin Strukturlaşdırılması və Alqoritmlər (DATA Structures and Algorithms)
• XML
• JSON
• REST, DATA Service, Web servislərinin yaradılması və inteqrasiyaların həyata keçirilməsi;
• IBM Integration Bus üzrə biliklərə sahib olması arzuolunandır;
Namizədə olan digər tələblər:
• 2+ Təcrübə (aidiyyati sahə üzrə - Bank və ya digər oxşar maliyyə müəssisələrində aidiyyati vəzifə üzrə təcrübəsinin olması arzuolunandır);
• Yüksək analitiki bacarıqlar;
• Yeni trend və texnologiyalardan məlumatlı olmaq;
• Komandada işləmək bacarığı;
• Agile İdarəetmə Metodologiyaları ilə idarəetmə və ya Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla xüsusilə Scrum komandalar ilə iş bacarığı arzuolunandır;
• Texniki ingilis dili (Texniki mətnləri oxuyub anlaya bilmək və sistemləri istifadə bilmək üçün ən azı başlanğıc biliklərə sahib olmalıdır);
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 4 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back end üzrə proqramçı (İT)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az