FED.az xəbər verir ki, Beynəlxalq Bank Satınalmalar departamentinin Satınalma əməliyyatları şöbəsinə Təmir-tikinti istiqaməti üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Görəcəyiniz işlər:
• Smetaların hazırlanması.
• Təmir və tikinti sahəsi üzrə mal çeşidlərinin, xidmətlərin dəyərləndirilməsi, ölçülməsi və bazar qiymətinin müəyyən edilməsi;
• Satınalma planının hazırlanmasında iştirak etmək və hər ay bu planın yerinə yetirilməsində iştirak etmək;
• Tender və koterovkalarda iştirak edən şirkətlərin sənədlərinin vaxtında və düzgün verilməsinə nəzarət;
• Bildiriş məktubları və müqavilələrin qalib şirkətlərə təhvil verilməsi;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması;
• Təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
• Tədarükçülərlə işgüzar əlaqələr qurmaq;
• Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirmək;
• Aparılan satınalma proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürülməsi;
Vakant vəzifə üzrə tələblər:
• Ali təhsil;
• Təmir və təkinti sahəsi üzrə müfəssəl biliklərə və təcrübəyə malik olmalı
• Təqdimat bacarığı;
• Layihələrin idarə olunması bacarığı;
• Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
• Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür);
Bu iş sizə nələri qazandıracaq:
• Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
• Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına 05.02.2020 tarixinədək göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satınalma əməliyyatları şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.