Banner

Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA | FED.az
20:00 25 Dek 2019

FED.az xəbər verirr ki, Beynəlxalq Bank Daxili Nəzarət departamentinin İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

- Məlumat mərkəzindən yönəldilmiş şikayətlərin idarə edilməsi;
- Bank Rəhbərliyinin adına yazılmış rəsmi müraciətlərin cavablandırılması;
- Şikayət qutularına atılmış ərizələrin idarə edilməsi;
- Sosial şəbəkələrdə yazılmış şikayətlərin idarə edilməsi;
- Şikayət edən müştərilərlə görüş təşkil edərək problemlərinin həll edilməsi.

Tələb olunan səriştələr:

- Problemləri həll etmə bacarığı;
- Konfliktlərin idarə edilməsi;
- Ünsiyyət bacarığı;

Vakant vəzifə üzrə tələblər:

- Ali təhsil;
- Bank sahəsində minimum 1 il iş təcrübəsi;
- Microsoft Office (Word, Excel, Power Point) proqramları ilə sərbəst işləmək.

Bu iş sizə nələri qazandıracaq:

- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 25 yanvar 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Digər xəbərlər

Banner