Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA | FED.az
18:03 21 Dek 2019

FED.az Beynəlxalq Bankı Filiallarla iş departamenti Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə vakansiyası elan edir.

Eləcə də bax: "Azsığorta" işçi axtarır - VAKANSİYA

Vəzifə öhdəlikləri:

MXS-də göstərilən xidmət səviyyəsinin məsafədən və yerində müəyyən olunmuş meyarlarla ölçülməsi və qiymətləndirilməsi;
MXS-də aparılan monitorinq və qiymətləndirmələrə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
MXS ilə bağlı daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlərin aparılması;
İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
MXS-in iş şəraitinin qiymətləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin görülməsi;
MXS əməkdaşları tərəfindən daxil olan təkliflərin qeydə alınamsı və araşdırılması

Vakant vəzifə üzrə tələblər:

Ali təhsil(riyazi və ya iqtisadi);
Minimum 1 il bank sektorunda-maliyyə-hesabatlıq, filialda (əməliyyat, kredit və ya nəzarət) iş təcrübəsi;
Ofis proqramlarında, xüsusi ilə yüksək excel bilikləri;
Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür)

Bu iş sizə nələri qazandıracaq:

Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 Yanvar 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “ Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Digər xəbərlər