ABB Hesabatlıq və protokol şöbəsinə mütəxəssis vakansiyası elan edir
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Komissiyanın iclaslarında müvafiq qərar əsasında katiblik funksiyasını həyata keçirmək;
• Satınalmalar barədə elanları hazırlamaq və onları yerləşdirilməsi üçün Bankın müvafiq struktur bölməsinə təqdim etmək;
• Tender və kotirovka iştirakçılarına sorğuları göndərmək;
• İlkin təqdim olunan sənədlərin düzgünlüyünü yoxlamaq;
• İddiaçı şirkətlərdən qiymət təkliflərini bağlı zərflərdə təhvil almaq;
• Tələbata uyğun olaraq satınalma metodunu təyin etmək;
• Satınalmalara dair sənədlər toplusunun saxlanılmasını təmin etmək;
• Departamentin fəaliyyət istiqamətlərindən irəli gələn hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
• Satınalma əməliyyatları üzrə uçot işini aparmaq;
• Satınalma əməliyyatlarına dair məlumat bazası əsasında təhlillər apararaq təqdimatlar hazırlamaq;
• Potensial tədarükçülər və iddiaçılar haqqında məlumatları təhlil etmək;
• Məlumatları toplamaq və istifadəyə yararli hala çevirmək.
Bizim üçün uyğun namizəd:
• Ali iqtisadi təhsilli (CİPS sertifikatının olması arzuolunandır);
• Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
• Satınalma sahəsində 1-3 il iş təcrübəsinə sahib;
• MS office proqramlarını əla səviyyədə bilən;
• İnduktiv və analitik təhlil bacarığına sahib;
• Problemləri həll etmə bacarığına malik;
• Layihələrin idarə olunması bacarığına sahib olan.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hesabatlıq və protokol şöbəsinin mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: abb-bank.az
ABB Korporativ biznesin inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Korporativ biznes üzrə bazar araşdırmasının aparılması;
• Yeni məhsul və xidmətlərin yaradılması, eləcə də cari məhsul və xidmətlərin modifikasiyası üzrə zəruri tədbirlərin görülməsi;
• Korporativ biznesə aid məhsul və xidmətlər üzrə satış strategiyasının hazırlanması/inkişaf etdirilməsi ;
• Korporativ müştəri menecerlərinin satış bacarıqlarının artırılmasına dəstək göstərmək (təlimlər təşkil etmək);
• CRM və rəqəmsal satış kanalları ilə bağlı platformaların strateji inkişafı istiqamətində dəstək göstərmək;
• Korporativ biznes üzrə nəzərdə tutulan strateji layihələrin icra edilməsi.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi üzrə təhsil üstünlükdür );
• Məhsul və xidmətlərin yaradılması sahəsi üzrə (product owner, product manager, bazar araşdırması, satış və marketinq planlaması və s.) təcrübəsi olan;
• Yüksək ünsiyyət qurma və təqdimat bacarıqları olan;
• Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
• Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
• Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ biznesin inkişafı şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
ABB Ön ofis üzrə vakansiyalar elan edir.
Peşəkar qabiliyyətlərini artırmaq, bərabər imkanlar mühitində davamlı fərdi inkişafa, karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Bizim üçün uyğun namizəd:
• Ali iqtisadi / texniki təhsil;
• Yüksək ünsiyyət bacarığı olan;
• MS Office proqramları ilə iş bacarığı olan;
• Səlis Azərbaycan dili, Rus dili bilikləri arzuolunandır;
• Riyazi və məntiqi bilikləri yüksək olan;
• Komandada işləmək bacarığına sahib.
ABB olaraq daim təcrübəsiz gənclərə də imkan yaratmağa çalışırıq. Qeyd edilən vakansiyaya universitetin 4-cü kursunda və ya magistr pilləsində təhsil alan tələbələr də müraciət edə bilər. Tələbələr üçün müvafiq iş qrafiki təqdim olunacaq.
Vakansiya Bakı şəhəri və aşağıdakı regionlar üzrə aktivdir:
• Pirallahı
• Xırdalan
• Quba
• Ağcabədi
• Mingəçevir
• Ucar
• Zərdab
• Lənkaran
• Şəmkir
• Oğuz
• Gəncə
• Bərdə
• Yevlax
• Goranboy
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ön ofis (Bakı və ya Region adı)” şəklində göstərilməsi xahiş edilir.
ABB Regionlar üzrə Məhkəmə ilə iş və icra şöbəsinə Hüquqşünas vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
• Mingəçevir
• Ağdaş
• Şirvan
• İmişli
• Sabirabad
• Salyan
Görəcəyiniz işlər:
• Problemli kreditlərlə bağlı müraciətlərə baxılması və iddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
• Problemli kreditlərlə bağlı Bankın xeyrinə çıxarılan məhkəmə qərarlarının icra olunması üçün lazımi tədbirləri həyata keçirmək;
• Problemli kreditlərlə bağlı Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
• Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarların icrası ilə bağlı verilən tapşırıqları yerinə yetirmək;
• Tələbin borcluların gəlirlərinə və əmlaklarına yönəldilməsi üçün zəruri hüquqi addımların atılmasını təmin etmək;
• Problemli kreditlərlə bağlı keçirilən hərraclarda qanunvericiliyə müvafiq olaraq iştirak etmək və zəruri tədbirləri görmək;
Bizim üçün uyğun namizəd:
• Ali hüquqi təhsilli;
• Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
• MS Office yüksək səviyyədə iş bacarığı olan;
• İcra işləri və problemli kreditlərlə bağlı 1-3 il hüquqşünas təcrübəsi olan şəxsdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Hüquqşünas/Region adı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
ABB Kart əməliyyatları şöbəsinə Köşklərin dəstəyi üzrə mütəxəssis axtarışındadır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
• Köşklərdə ödəmə və ya ödəmələrlə bağlı proqram təminatlarında aşkarlanmış xəta və səhvlərin aradan qaldırılması;
• Prosesinq mərkəzini əhatə edən mövcud proqramlarda və ödəniş servislərində baş verən xətaların istehsalçı şirkətlə müzakirə edilməsi və aradan qaldırılmasına nəzarət edilməsi;
• Köşklərdə uğursuz ödənişlə bağlı məlumatın monitorinq vasitəsi ilə alındığı andan etibarən onun analiz edilməsi və aradan qaldırılması;
• Köşklərin fasiləsiz iş fəaliyyətinin təmin edilməsi üçün aidiyyəti şöbələrlə koordinasiya işlərinin aparılması və daxil olan sorğuların icrası.
Bizim üçün uyğun namizəd:
• Ali iqtisadi/IT təhsilli;
• İnduktiv və analitik təhlil bacarığına sahib;
• Yüksək səviyyədə kommunikasiya bacarığına sahib;
• Komandada işləmək bacarığına sahib;
• Bank, klirinq-ödəniş xidmətləri göstərən təşkilatlarda və ya İnformasiya Texnologiyaları sahəsində ən azı 1 illik iş təcrübəsi;
• Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
• Problemləri həll etmə bacarığına malik olan şəxsdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Köşklərin dəstəyi üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.