İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis
Son tarix 23 mar 2022
Görəcəyiniz işlər:
- Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
- Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmalar aparmaq;
- Yüksək riskli insidentlər üzrə araşdırmaların aparılması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
- İnduktiv və Analtik Təhlil etməyi bacaran;
- MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
- Bankda minimum 1-3 il iş təcrübəsi olan;
- Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
- Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Məhkəmə ilə iş və icra şöbəsinə təcrübəçi
Son tarix 23 mar 2022
Görəcəyiniz işlər:
- Problemli kreditlərlə bağlı ilkin sənədləşmənin təşkilini və bildirişlərin hazırlanaraq göndərilməsini təmin etmək;
- İddia ərizələrinin və icra qeydlərinin aparılmasına dair sənədlərin hazırlanmasını təmin etmək;
- Daxil olan məhkəmə qərarları ilə tanış olmaq, digər struktura ötürülməsini təmin etmək;
- Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarlardan şikayətlərin hazırlanmasını təmin etmək;
- Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparmaq;
- Strukturun fəaliyyətinin effektivliyinin artırılması məqsədilə Problemli kreditlərlə iş praktikası və metodologiyası sahəsində araşdırmalar aparmaq.
Bizim üçün uyğun namizəd:
- Ali hüquqi təhsilli;
- Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
- MS Office yüksək səviyyədə iş bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.