Mühafizə və rejim şöbəsinə Mühafizəçi
Son tarix 03 mar 2022
Görəcəyiniz işlər:
-
Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
-
Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
-
Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, aidiyyəti üzrə bölüşdürülməsi;
-
Yanğın mühafizə sistemlərinə nəzarət;
-
Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
-
Bankın inzibati binasının mühafizəsinin təşkili.
Bizim üçün uyğun namizəd:
-
Ali və ya orta ixtisas təhsilli;
-
Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
-
Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
-
Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
-
Həqiqi hərbi xidməti başa vurmuş;
-
Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)
-
Ünsiyyət bacarığı yüksək səviyyədə olan;
-
Detallara diqqət yetirmə bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Xidmət və keyfiyyət şöbəsinə mütəxəssis
Son tarix 03 mar 2022
Görəcəyiniz işlər:
-
Müştəri xidməti strukturlarında göstərilən xidmət və keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi;
-
Müştəri xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatlarının hazırlanması
-
Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqlərinin aparılması
-
İşçilər arasında daxili davranış qaydalarına və müştəri xidmət standartlarına uyğun davranmadıqda bu halların araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı təkliflərin verilməsi;
-
Şöbə fəaliyyətinə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
-
Şöbəyə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlərin aparılması;
-
İşçilərin işinə nəzarət etmək, qiymətləndirmək. Xidmət və satışın effektiv olması üçün onları motivasiya etmək;
-
İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilə;
-
MS Office proqramlarında sərbəst işləmək bacarığına;
-
Bank sahəsi üzrə minimum 2 il iş təcrübəsinə;
-
Azərbaycan və rus dillərində yüksək bilik səviyyəsinə;
-
Komandada iş bacarığına;
-
Araşdırma və analitik düşünmə bacarığına;
-
Təqdimatların hazırlanması bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Məlumat mərkəzi üzrə mütəxəssis
Son tarix 03 mar 2022
Görəcəyiniz işlər:
-
Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
-
Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
-
Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
-
Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli ( 4-cü kurs tələbələri müraciət edə bilər);
-
Azərbaycan və rus dillərini mükəmməl bilən;
-
MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
-
Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
-
Komandada işləmək bacarığı olan;
-
Analitik zəka, müştərilərlə yüksək səviyyədə işləmək motivasiyası olan;
-
Dəyişkən çoxnövbəli qrafiklə ( 7/24 rejimi ilə əlaqədar) çalışa bilən şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Məhkəmə ilə iş və icra şöbəsinə təcrübəçi
Son tarix 03 mar 2022
Görəcəyiniz işlər:
-
Problemli kreditlərlə bağlı ilkin sənədləşmənin təşkilini və bildirişlərin hazırlanaraq göndərilməsini təmin etmək;
-
İddia ərizələrinin və icra qeydlərinin aparılmasına dair sənədlərin hazırlanmasını təmin etmək;
-
Daxil olan məhkəmə qərarları ilə tanış olmaq, digər struktura ötürülməsini təmin etmək;
-
Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarlardan şikayətlərin hazırlanmasını təmin etmək;
-
Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparmaq;
-
Strukturun fəaliyyətinin effektivliyinin artırılması məqsədilə Problemli kreditlərlə iş praktikası və metodologiyası sahəsində araşdırmalar aparmaq.
Bizim üçün uyğun namizəd:
-
Ali hüquqi təhsilli;
-
Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
-
MS Office yüksək səviyyədə iş bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Korporativ CRM şöbəsinə əməkdaş
Son tarix 03 mar 2022
Görəcəyiniz işlər:
- Müştərilərə dair məlumatları CRM sistemində əks olunması istiqamətində işləri həyata keçirmək;
- Satışların planlaşdırılmasında müştəri menecerlərinə aid portfellər üzrə zəruri dəstək göstərmək;
- CRM sistemində yaranan uyğunsuzluqları inteqratorla araşdırmaq və aradan qaldırmaq;
- CRM sistemində yeni imkanları araşdırmaq və onlar tətbiq etmək;
- Mütəmadi olaraq bacarıq və təcrübənin inkişaf yollarını axtarmaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Yüksək səviyyədə SQL biliklərinə(Java/Pyhton proqramlaşdırma dili üzrə biliklərin olması aruzolunandır);
- Yaxşı səviyyədə MS Office proqramları biliklərinə;
- CRM platformasından istifadə edərək iş həllərinin təmini üzrə təcrübəyə;
- Analitik düşünmə və təhlil qabiliyyətinə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 03 mar 2022
Görəcəyiniz işlər:
- Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
- Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
- Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
- Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (Maliyyə, iqtisadi və mühasibatlıq sahələrində);
- Maliyyə təhlili, Korporativ kredit təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;
- CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;
- Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
- Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.